Prof. Dr. Nazim Hüseynov
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri
Hörmətli həmkarlarımız!
“Azərbaycan otorinolarinqologiya cəmiyyəti” ictimai birliyi Azərbaycan Respublikasında qulaq-burun-boğaz və baş-boyun xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək məqsədilə qurulmuşdur. Cəmiyyət hər bir Azərbaycan otorinolarinqoloqunun ikinci evidir.
Qarşımıza qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakılar planlanır:
-Otorinolarinqoloqların biliklərini artırmaq və dünya otorinolarinqologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək;
-Azərbaycanda qulaq-burun-boğaz xəstəliklərinin yayılması səbəbini öyrənmək;
-Otorinolarinqoloqların peşəkarlıq səviyyəsini artırmaq;
-Azərbaycan otorinolarinqoloqları ilə xarici ölkələrin otorinolarinqoloqları arasında əməkdaşlığının inkişafına kömək etmək.
Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün:
-Elmi araşdırmalar aparılması, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edilməsi;
-Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurulması və onlarla birlikdə layihələr həyata keçirilməsi planlaşdırılır.
Bütün bunların həyata keçməsi üçün bütün məsləkdaşlarımızı əl-ələ tutaraq AOC ətrafında birləşməyə, öz bilik, təcrübə və bacarıqlarını bölüşməyə dəvət edirik!