Konqres tarixi və keçirilmə yeri: 02 sentyabr - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu akt zalları; 03 sentyabr - Baku Marriott Hotel Boulevard.
Akkreditasiya - Konqres 14 DDT balı ilə akkreditasiya edilmişdir.
Konqres dili: Azərbaycan, Türk, İngilis və Rus dilləri. Mümkün qədər bu dillər arası sinxron tərcümə ediləcəkdir.
Qeydiyyat: 02 sentyabr - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu; 03 sentyabr - Baku Marriott Hotel Boulevard-da qurulmuş qeydiyyat masalarında aparılacaqdır.
Yaxa Kartı - Bütün iştirakçılara yaxa kartı - beyc veriləcəkdir. Konqres boyunca yaxa kartlarının taxılması rica olunur.
İştirak sertifikatları - PDF variantda iştirakçıların mail ünvanlarına 05.09.2022 tarixindən etibarən göndəriləcək.
Konqres material kitabı - PDF variantda iştirakçıların mail ünvanlarına 05.09.2022 tarixindən etibarən göndəriləcək.