Sədr
AOC sədri Professor Hüseynov Nazim Məmmədhüseyn oğlu 1976-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1977-1981-ci illər ərzində Salyan RMX-da otorinolaronqoloq vəzifəsində çalışmışdır. 1981-1984-cü illər ərzində İ.M.Seçenov adına 1 saylı Moskva Tibb İnstitutunda aspiranturada oxumuş və 1984-cü ildə «Клиника, диагностика, лечение и принципы профилактики оcтрых сосудистых поражений слухового анализатора» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almişdir. 1985-1986-cı illərdə Ə.Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasında baş elmi işçi kimi çalışmışdır. 1986-1989-cu illər ərzində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında doktoranturada olmuş və 1993-cü ildə «Пути профилактики и лечения острой нейросенсорной тугоухости» adlı dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almişdir. 2006-cı ildən professordur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş otorinolarinqoloqu, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın alimlik dərəcəsi almaq üçün ixtisaslaşmış Elmi Şurasının sədr müavini, AR Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası otorinolarinqologiya bölməsinin sədridir. Yaxın Avroasiya Afrika qulaq burun boğaz dərnəyinin beynəlxalq əlaqələr üzrə koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş, 2008-ci ildə "Akademik Y.Məmmədəliyev mükafatı" almışdır. 2 ixtira 135 elmi işin və 3 səmərələşdirici təklifin müəllifidir.